Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.
Məlum olub ki, Londonun Naytsbric şəhərində yaşayan Rafael İbrahimov yuxu həbləri asılılığından müalicə üçün klinikada olub. Bu zaman keçmiş səfir Çeşir ştatındakı reabilitasiya klinikasında işləyən üç əməkdaşa qarşı seksual hərəkətlər edib.
Mərkəzin işçiləri keçmiş səfirin bu hərəkətləri nəticəsində onunla işləməkdən narahat olduqlarını bildiriblər. Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış İbrahimov keçən il beş cinsi təcavüz və bir cinsi təcavüzə cəhddə günahını etiraf edib.
İbrahimov 20 gün islah işləri və 200 saat ödənişsiz iş olmaqla 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 10 il cinsi cinayətkarların qeydiyyatında olmalıdır.
Bildirilib ki, səfirin qızı paytaxtdakı geyim şirkətinin baş icraçı direktorudur. İbrahimovun həbsinin onun qızı üçün nəticələri olacağı da istisna edilmir.
Qeyd edək ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır.
Ağarza Elçinoğlu