ABŞ-nin hazırkı prezidenti Donald Trampın Corciya həbsxanasında həbsi zamanı çəkilmiş fotoşəkili Ağ Evdəki Oval Ofisin qarşısındakı dəhlizdəki divarı bəzəyir.

"Unikal" xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat dərc edib.   

Jurnalın məlumatına görə, şəkil Trampın Hindistanın baş naziri Narendra Modi ilə fevralın 13-də Ağ Evdə baş tutan görüşü zamanı görüntülənib.

25 avqust 2023-cü ildə Tramp Corciya ştatının Fulton dairə həbsxanasında hakimiyyət orqanlarına təslim olub. Siyasətçi 2020-ci il seçkiləri ilə bağlı rəsmi həbs prosedurundan keçib. Sabiq prezident həbs olunarkən fotolar çəkilib və foto Fulton dairəsinin şerif ofisi tərəfindən yayılıb. Tramp cəmi yarım saat həbsdə qalıb və əvvəlcədən razılaşdırılmış 200 min dollar girov müqabilində sərbəst buraxılıb.