Amerikalı mühafizəkar fəal və yazıçı Eşli Sent Kler məşhur milyarder İlon Maskdan uşaq dünyaya gətirdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Eşli bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb. O qeyd edib ki, körpə artıq beş aylıqdır.
"Mən əvvəllər bunu açıqlamırdım ki, uşağımızın məxfilik və təhlükəsizliyini qoruya bilim. Amma son günlərdə mətbuatın bunun bizə nə qədər zərər verəcəyini düşünmədən açıqlamaq niyyətində olduğu aydın oldu. Buna görə də mediadan uşağımızın məxfilik hüquqlarına hörmət etmələrini xahiş edirəm", - deyə Eşli Sent Kler bildirib.