Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 25-ci tur çərçivəsində səfərdə "Koçaelispor"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 5-ci yerdədir. "Koçaelispor" isə 54 xalla liderdir.