ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp administrasiyasının rəsmiləri Avropa rəsmilərinə Pasxa bayramına qədər Ukraynada atəşkəsi təmin etməyi planlaşdırdıqlarını bildiriblər.

Bir sıra rəsmilər həmçinin vurğulayıblar ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya yüksək rütbəli rəsmiləri ilə başlayacaq danışıqların mövzuları iddialı olsada, lakin potensial olaraq real deyil.