Türkiyənin Zonquldak vilayətində 92 yaşlı qadının mədə və bağırsağından çıxarılanlar hər kəsi şoka salıb. 

"Unikal" xəbər verir ki, qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya aparılan qadının mədə və bağırsağından 28 xurma və 35 zeytun toxumu çıxarılıb. Bundan başqa, qocanın bağırsağından 5,5-6 santimetr ölçülü daş da çıxarılıb.

O, 5 gün reanimasiyada qaldıqdan sonra palataa köçürülüb. Hazırda vəziyyəti qənaətbəxşdir.