Paytaxtın Sabunçu rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Heydər Əliyev prospektində hərəkətdə olan “Mercedes”, “Renault” və “Changan” markalı 3 avtomobil toqquşub.
Qəza nəticəsində “Changan”ın sürücüsü 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.