Kolumbiyalı müğənni Şakira dünya turnesi zamanı Peruda xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat dərc edib.
Telekanalın məlumatına görə, ifaçı mədəsində problem yarandığı üçün ölkənin paytaxtı Limadakı xəstəxanalardan birinə müraciət edib. Həkimlər kolumbiyalı müğənnini xəstəxanaya yerləşdirməyə qərar veriblər.
Şakira daha sonra pərəstişkarlarına müraciət edib. O bildirib ki, həkimlər ona Perudakı konsertini ləğv etməyi məsləhət görüblər.