Göyçayda qadın evində ölü tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə Göyçay şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Göyçay şəhər, 3 saylı tam orta məktəbdə müəllim işləyən Rəsulova Məhəbbət Əlihüseyn qızının meyiti aşkar edilib.
M.Rəsulovanın ailə üzvlərinin verdiyi məlumata görə, o, uzun müddətdir oğlu ilə birlikdə həmin ünvanda yaşayıb. Son zamanlar səhhətində problemlər yaranıb.
Murad İbrahimli