Xəbər verdiyimiz kimi, 16 fevral, saat 21:52-də Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Zərdab rayon sakini Sadiq Nurlan oğlu Mikayılov idarə etdiyi "Hyundai" markalı 77-FS-511 dövlət nömrə nişanlı avtomobili iki yolayrıcında olan məlumat lövhəsinə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.

"Unikal" dünyasını dəyişən Sadiq Mikayılovun fotosunu təqdim edir.