Hakim Xulian Erkolini Argentinanın keçmiş prezidenti Alberto Fernandesə məişət zorakılığı ilə bağlı rəsmi ittiham irəli sürüb.

"Unikal" xəbər verir ki, hakimin qərarına əsasən, keçmiş dövlət başçısı yoldaşı Fabiola Yanyesə “gender zorakılığı ilə ağırlaşdırılmış yüngül bədən xəsarəti yetirməkdə” ittiham olunur. Fernandezin ümumi məbləği 10 milyon peso (9200 dollar) olan aktivlərinə həbs qoyulub.

Keçən avqust ayında Yanez ifadəsində Fernandesi fiziki və psixoloji zorakılıqda ittiham edib. O, zorakılıq hadisələrinin Fernandes prezident olmadan əvvəl başladığını iddia edib.