Baş rollarda Qonca Vuslateri, Alperen Duymaz və Yiğit Kirazcının çəkildiyi '"Leyla" serialının baş rol ifaçısı Cemre Bayselin başına iş gəlib.
"Unikal" xəbər verir ki, aktrisa ekran işinin çəkilişləri zamanı naməlum iki şəxs tərəfindən təqib edilib.
Belə ki, sözügedən şəxslər çəkiliş meydanına daxil olaraq Bayselin karavanını izləyiblər. Hətta onlar aktrisanın gizli şəkildə fotolarını çəkiblər və onun adına 50 çeşid yemək sifariş ediblər.
Bundan sonra Cemre Baysel həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün polisə müraciət edib. Cinayət işi üzrə şikayətdən sonra şübhəlilərdən biri saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Hadisələrdən sonra serialın çəkiliş meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Gülayə Mecid