Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Qarabağ” “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Günün ilk oyununda "Araz-Naxçıvan" - "Səbail" qolsuz heç-heçə edib.

Misli Premyer Liqası

XXIV tur

22 fevral

19:00. “Qarabağ” – “Sabah” - 1:1

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun açılış oyununda ötən gün "Neftçi" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.