"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının əsas favoritlərindən danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. Mütəxəssis deyib: 

"La Liqanın komandaları çox rəqabətlidirlər. İtaliyadan elə də çox komandalar qalmayıb. İngiltərədən isə "Liverpul" özünü yaxşı göstərir". 

Qeyd edək ki, "Real" turnirin 1/8 finalında "Atletiko" ilə qarşılaşacaq. Komandalar arasında ilk matç martın 4-ü keçiriləcək.