Ötən gecədən Sumqayıt şəhəri ərazisinə yağan güclü qar Sumqayıt Bələdiyyəsi və şəhərin digər qurumları ilə birgə təmizlənib.

"Unikal" xəbər verir ki, yollarda hərəkətin optimallaşdırılması məqsədilə texnikalar vasitəsilə küçə və prospektlərdə genişmiqyaslı işlər hayata keçirilib. Şaxtalı hava şəraiti ilə bağlı yarana biləcək problemlərlə bağlı aidiyyatı qurumlar da gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Sakinlərə şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə etməyi, ehtiyac olmadığı halda yaşayış yerlərini tərk etməməyi tövsiyə edilib.