İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir. 

"Unikal" xəbər verir ki, bu gün "Real" öz meydanlarında "Jirona"nı qəbul edib. Görüşdə Madrid təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. 

Beləliklə, "Real" turnir cədvəlində 54 xalla 2-ci yerdə qərarlaşıb. Lider eyni xal sayı olan "Barselona"dır. "Jirona" isə 31 xalla 12-ci yerdədir.