Bu gün futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edəcək.
İstanbul derbisi öncəsi "Qalatasaray" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 57 xalla 2-ci pillədə qərarlaşıb.