Braziliyanın "Santos" klubunun futbolçusu Neymar künc nöqtəsindən birbaşa zərbə ilə qol vurub.

"Unikal" xəbər verir ki, 33 yaşlı hücumçu Paulista çempionatının XII turunda "İnter Limeyra" ilə matçda fərqlənib.

Təcrübəli forvard komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, görüş "Santos"un 3:0 hesablı qələbəsi ilə bitib.