Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
AFFA-dan "Unikal"a verilən məlumata görə, yığma Latviya seçməsi ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.