Aktyor Jerar Depardye haqqında vergidən yayınmada şübhəli bilinərək istintaq başladılıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, aktyor “vergidən yayınma və çirkli pulların yuyulmasında” şübhəli bilinir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, aktyorun “2013-cü ildən Belçikada saxta yaşayış yeri olub”. İstintaq çərçivəsində Fransa və Belçikada bir sıra axtarışlar və dindirmələr aparılıb.
Cinayət işi Fransanın Milli Maliyyə Prokurorluğu tərəfindən açılıb.