Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda “Zirə” “Kəpəz”ə qalib gəlib.
“Unikal” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.
“Zirə” hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
XXX
18:49
Misli Premyer Liqasının XXIV turunda ötən gün qarlı hava şəraitinə görə təxirə salınmış “Zirə” - “Kəpəz” matçının başlama saatı növbəti dəfə dəyişdirilib.
Bakı klubunun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, qarşılaşma saat 19:00-da start götürəcək.
Zirə İdman Kompleksinin stadionunda artıq son tamamlama işləri görülür.
Qeyd edək ki, əvvəlcə matçın saat 16:00-da, ardınca isə 18:00-da başlayacağı bildirilmişdi.