Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
"Unikal" xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.
Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edib. “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.
Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-cidir.