Rusiya və ABŞ arasında növbəti təmaslar XİN vasitəsilə ekspertlər səviyyəsində aparılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Növbəti təmaslar XİN-də, ekspertlər səviyyəsində planlaşdırılır, ona görə də sizə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görürəm", - Peskov jurnalistlərə Rusiya və ABŞ arasında Ər-Riyadda keçiriləcək danışıqların ikinci raundu ilə bağlı sualı cavablandırarkən deyib.

Ağarza Elçinoğlu