İspaniyanın "Valyadolid" klubunun azarkeşləri La Liqanın XXV turunun "Atletik"lə səfər oyununa aldıqları biletlərin pulunun geri qaytarılmasını istəyirlər.

"Unikal" xəbər verir ki, buna səbəb komandanın 1:7 hesabı ilə məğlub olmasıdır.

Fanatlar xüsusilə rəqibin hücumçusu Niko Uilyamsın 6 müdafiəçini keçərək qol vurmasını qəbul edə bilmirlər. Onların fikrincə, "Valyadolid"in üzvləri meydanda çox istəksiz oyun sərgiləyiblər.

Qeyd edək ki, La Liqada 25 oyuna 59 top buraxan komanda hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.