ABŞ-ın “İnter Mayami” klubu KONKAKAF Çempionlar Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, Devid Bekhemin sahibi olduğu komanda 1/16 finalın cavab oyununda öz meydanında "Sportinq Kanzas Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Ev sahibi komandanın qollarını Lionel Messi, Tadeo Alyende və Luis Suares vurublar.

İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından “İnter Mayami” adını növbəti mərhələyə yazdırıb. Kollektiv 1/4 finalda “Kavalyer”lə qarşılaşacaq.