Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 40 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Valensiya"nı almaq istəyir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İspan klubunun sahibi Peter Lim Ronaldonun dostudur və bir neçə investisiya firmasının ortağıdır. Məlumata görə o, "Valensiya"nın nəzarət paketini Ronaldoya satmaq istəyir.

İnvestisiyaların bir hissəsi Səudiyyə kral ailəsinə bağlı investisiya fondları tərəfindən də həyata keçirilə bilər.

Ötən il Ronaldonun gəliri 250 milyon avroya yaxın olub. Onun “Əl Nəsr”lə müqaviləsi iyun ayına qədərdir.

Ağarza Elçinoğlu