"Atletiko"nun hücumçusu Aleksandr Şerlöt maraqlı açıqlaması ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, 29 yaşlı hücumçu İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona"ya vurduğu qoldan danışıb. Onun 90+3-cü dəqiqədəki qolu ilə komandası məğlubiyyətdən xilas olub - 4:4.

Şerlöt isə deyib: “Barselona”ya qarşı oynayanda özümü yaxşı hiss edirəm. Səhər yuxudan oyananda bilirdim ki, "Barselona"ya qol vuracağam". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 2-də keçiriləcək.