"Betis"in futbolçusu Antoninin qırmızı vərəqəsi ləğv olunub.

"Unikal" xəbər verir ki, o, İspaniya La Liqasının növbəti turunda "Real"a qarşı forma geyinə biləcək.

25 yaşlı hücumçu 25-ci turda "Xetafe" ilə qarşılaşmanın son dəqiqələrində meydandan qovulub. La Liqada aparılan araşdırmadan sonra qırmızı vərəqənin ləğvinə qərar verilib. "Mançester Yunayted"dən icarəyə götürlən futbolçu 2:1 hesabı ilə başa çatan görüşdə bir ötürmə ilə yadda qalıb. Antoni növbəti turda "Real"a qarşı oyunda komandasına kömək edə biləcək.

Qeyd edək ki, braziliyalı forvard "Betis"in heyətində 6 oyunda 3 qol və 2 ötürmə verib.