Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Onun istefası Komitənin İcraiyyə Şurası tərəfindən qəbul edilib. 71 yaşlı Bax BOK-un yeni rəhbəri seçilənədək səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Komitənin prezident seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.