Gecə qarlı havada halı pisləşən evakuator sürücüsü dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında Mingəçevir şəhərində baş verib. Belə ki, qəfil halı pisləşən 1982-ci il təvəllüdlü şəhər sakini Teymur Mübariz oğlu Məmmədzadə idarə etdiyi evakuatorla özünü xəstəxanaya çatdırsa da, orada dünyasını dəyişib.
Məlumata görə, hadisəyə ürəktutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov