İspaniyanın "Barselona" klubu İtaliyanın "Milan" komandasının futbolçusu Rafael Leau ilə maraqlanır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Kataloniya təmsilçisinin transfer siyahısında yer alır. Tərəflər arasında hələlik danışıqlar olmayıb.
Portuqaliyalı forvard ötən ilin yanvar ayında Səudiyyə Ərəbistanı klubundan gələn sərfəli təklifi rədd etmişdi. Oyunçunun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.
Qeyd edək ki, Rafael Leau “Milan”ın heyətində bu mövsüm 33 oyunda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.