Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
"Unikal" xəbər verir ki, 1/4 finalda səfərdə "Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.