"Real" sabiq müdafiəçisi Xavyer Dorado 48 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, keçmiş futbolçu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.
"Real"ın yetirməsi olan Dorado "kral klubu"nda cəmi 8 oyun keçirib. O, Madrid klubu ilə 1999/20 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Dorado “Rayo Valyekano”, “Sportinq Xixon” və “Malyorka”da da çıxış edib. O, 2012-ci ildə karyerasını bitirmişdi.