Bu gün PFDK-nın iclası keçirilib.

"Unikal" xəbər verir ki, yığıncaqda "Qalatasaray" - "Fənərbaxça" matçı (0:0) ilə bağlı qərarlar verilib.

Qurum Okan Buruk və Joze Mourinyonu cəzalandırıb.

Türkiyəli mütəxəssis 1, portuqaliyalı çalışdırıcı isə 4 matçı buraxmalı olacaq.

Mourinyo bu gün "Qaziantep"lə oyunda komandasının yanında ola bilməyib. O, həmçinin "Antalyaspor", "Samsunspor" və "Bodrumspor" görüşlərində iştirak edə bilməyəcək.

Buruk isə "Kasımpaşa" ilə qarşılaşmanı buraxmalı olacaq.