Bu gün futbol üzrə Azərbaycan Kubokunda son yarımfinalçılar bəlli olacaq.
"Unikal" xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarında "Zirə" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Kəpəz"i qəbul edəcək. Qarşılaşmalar müvafiq olaraq, saat 16:00 və 19:30-da başlayacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
VAR köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:1.
19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
VAR köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
"Neftçi Arena"
İlk oyun - 2:0.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" və "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb.