"Milan"ın portuqaliyalı cinah oyunçusu Rafael Leau məşhur keçmiş futbolçu Kakanın uğurunu təkrarlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Leau ötən gecə A seriyasının 9-cu turundan təxirə salınan "Bolonya" ilə matçda (1:2) fərqlənib. Bu, onun cari mövsümdə ölkə çempionatında 6-cı qolu olub.

Nəticədə Leau Kakadan sonra ardıcıl 6 mövsüm A seriyasında 5-dən çox qol vuran ilk oyunçu adını qazanıb.

Kaka 2003/2004 mövsümündən etibarən ardıcıl 6 mövsüm A seriyasında 5+ qol vurmuşdu. 

Qeyd edək ki, Leau 2019-cu ildən "Milan"ın formasını geyinir.