Rusiya Federasiyası ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh gətirmək istəyi ilə bağlı bəyanatlarını alqışlayır.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Amerika lideri "Fox News" telekanalında bildirmişdi ki, o, Rusiyaya “kədərdən başqa bir şey gətirməyib”. O, Rusiya dövlətinə simpatiya ilə bağlı ittihamlara belə cavab verib.
Peskov əlavə edib ki, Moskva ABŞ-nin Ukraynada sülhün bərqərar olması istiqamətində təklif etdiyi addımlar barədə müəyyən məlumatlar alır.
“Bunu da ancaq alqışlamaq olar. Amma biz vəziyyətin reallıqda necə inkişaf etdiyini görməyə davam edəcəyik”, - Kreml nümayəndəsi bildirib.