Bu gün "Bakıvaxtı.az" xəbər portalının fəaliyyətə başlamasından 4 il ötür.
Sayt 2021-ci il martın 5-də fəaliyyətə başlayıb.
Portal ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.
Bakıvaxtı.az dəfələrlə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.
"Unikal"ın kollektivi "Bakıvaxtı.az"da çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!