4 mart 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idman dırmanma zalında keçirilən yarışı Federasiyanın idmançılarından ibarət hakimlər qrupu idarə edib.
Əyləncəli idman dırmanması yarışında oğlanlar arasında I yeri 2 saylı uşaq evi (Bakı), II yeri 1 saylı uşaq evi (Bakı), III yeri Gəncə şəhər uşaq evi tutub.
Qızlar arasında isə I yerin qalibi 1 saylı uşaq evi (Bakı), II yerin qalibi 2 saylı uşaq evi (Bakı), III yerin qalibi Gəncə şəhər uşaq evi olub.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.