“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Klubdan "Unikal"a verilən məlumata görə, bundan sonra mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-2022-ci illər aralığında Bakı klubunda futbolçu kimi çıxış edib və komandanın kapitanı olub.