Avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
"Unikal" xəbər verir ki, Sloveniya 2 pillə irəliləyərək 28-ci yerə yüksəlib və Bolqarıstanla Azərbaycanı geridə qoyub.
Hazırda hesabında 19,625 xalı olan Azərbaycan 2 pillə geriləyərək siyahıda 30-cu yerdə qərarlaşıb. Azərbaycan bu mövsüm 2,875 xal qazanıb.
Qeyd edək ki, reytinq cədvəlinə 107.910 xalla İngiltərə başçılıq edir.