5 il əvvəl həyat yoldaşı Ahmet Sərdar Oralı itirən aktrisa Özgü Namal ilk dəfə ərinin ölümündən danışıb.
"Unikal" xəbər verir ki, ərinin ölümündən sonra uzun müddət efirlərdən uzaq duran aktrisa kənddən İstanbula qayıtmasının səbəbini də ziah edib.
"Həyat yoldaşımın itkisi çox ağır oldu. Təbii ki, dünyadakı bütün itkilər ağırdır, heç bir ağrını başqası ilə müqayisə etmirəm. Ən böyük ağrını mən yaşadım. Ətrafımdakı bir çox insan məni həyata qaytarmaq istəyirdi. Amma hamıya dedim ki, bu kədərim dinənə qədər yaşayım, bir gün özümü hazır hiss edəndə ayağa qalxacağam. Uşaqlarımla İstanbula qayıtmaq qərarı aldım. İndi yavaş-yavaş birlikdə çiçək açmağa başlayırıq", - deyə Namal bildirib.
Xatırladaq ki Özgü Namal 2015-ci ildə ailə qurduqdan sonra Muğlanın Köyceyiz kəndinə köçmüşdü.