Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

"Unikal" xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

"Barselona" "Benfika"nı qəbul edəcək (ilk matç - 1:0).

"Liverpul" PSJ ilə bu dəfə "Enfild"də qarşılaşacaq (ilk görüş - 1:0). 

"İnter" "Feyenoord"u İtaliyada sınağa çəkəcək (ilk oyun - 2:0).

Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçiriləcək. "Bavariya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"in qonağı olacaq.

1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları 

11 mart

21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya)

İlk oyun - 1:0.

00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 1:0.

00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland)

İlk oyun - 2:0.

00:00. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya)

İlk oyun - 0:3.