Minifutbol üzrə Azərbaycan çempionu bəlli olub.
"Unikal" xəbər verir ki, finalda “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşıb. Bakı Tennis Akademiyasında keçirilən oyun ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən mövsüm də “Birbaşa Bakı” ölkə çempionu olmuşdu. Üçüncü yer uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəlib. Qalibin adı penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Aznur” kollektivi bürünc medallara sahib çıxıb.