Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İlon Maska dəstək olmaq üçün "Tesla" avtomobili alacağını bildirmişdi.
"Unikal" xəbər verir ki, çox keçmədən Tramp baş müşaviri və "Tesla"nın baş direktoru İlon Maskı sevindirməyi bacarıb.
Belə ki, Amerika lideri sözünə sadiq qalaraq "Tesla" avtomobilini alıb. Tramp və Mask Ağ Evin bağçasında "Tesla" avtomobilləri ilə kameralar qarşısına keçib.
Trampın bu addımı onun “Teslanı reklam etdiyi” şərhlərini gündəmə gətirib.
Normalda özü avtomobil sürmədiyini, lakin Maska dəstəyini göstərmək üçün avtomobil alacağını qeyd edən Tramp, "Mən ona avtomobil alacağamı dedim, çünki bir nömrəli, əla məhsuldur", - deyib.
ABŞ prezidenti vurğulayıb ki, "Tesla" dilerlərinə qarşı zorakılıq iddiaları "daxili terror aktı" kimi qiymətləndiriləcək və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacaq.
Gülayə Mecid