"Atletiko Madrid"in argentinalı baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Real"la keçiriləcək oyun haqda danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Oyunçularıma, komandama olan inam mənə "Real Madrid"in maneəsini dəf edə biləcəyimizi düşünməyə imkan verir. Təbii ki, rəqibin hisslərini başa düşürəm. Şübhə etmirəm ki, onlar finala çıxmaq üçün çalışacaqlar, amma məqsədimiz eynidir.

Ançelotti ilə məşqçilik yanaşmalarımızda bəzi oxşarlıqlar var, lakin o, məndən qat-qat yaxşı məşqçidir".

Kral komandası ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. "Atletiko" - "Real Madrid" cavab matçı martın 12-də keçiriləcək.

Ağarza Elçinoğlu