"Biz beynəlxalq forumlarda Bakı ilə bir-birimizə qarşı mübahisələrdən imtina etmək kimi müddəaları müzakirə edirik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Niderlandın xarici işlər naziri Kaspar Veldkampla birgə mətbuat konfransında deyib. 

O, Ermənistanın Azərbaycanla müzakirə etdiyi məsələlərin miqyasına toxunub: "Bəli, biz beynəlxalq hüquqi platformalarda, məsələn, mübahisələrdən, şikayətlərdən, bir-birlərinə qarşı iddialardan imtina kimi müddəaları müzakirə edirik və razılaşdırılıb, sülh müqaviləsi imzalanıb qüvvəyə minirsə, bu və bütün digər bəndlər mütləq icra edilməlidir". 

Ağarza Elçinoğlu