Almaniyanın “Bavariya” komandasının futbolçusu Harri Keyn ingiltərəli futbolçular arasında yeni rekorda imza atıb.

"Unikal" xəbər verir ki, 31 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə 10 qol vuran ilk ingiltərəli oyunçu olub. O, turnirin 1/8 final mərhələsində “Bayer”ə 2:0 hesabı ilə qalib gəldikləri cavab matçında fərqlənib.

İngiltərə millisinin üzvü "Bavariya"nın heyətində bu mövsüm bütün turnirlərində 36 matçda 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. Onun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.