Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır.

"Unikal" xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyan Türkiyənin NTV telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, proses başlayandan Ermənistanın bu məsələyə yanaşması dəyişməyib: "Biz Türkiyə ilə münasibətlərin tam normallaşmasını, o cümlədən diplomatik münasibətlərin normallaşdırılmasını və Ermənistanın quru sərhədinin açılmasını gözləyirik".

Normallaşma prosesindən danışan Ermənistan nümayəndəsi bir daha Ermənistanın heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu