İran, Çin və Rusiya nazirlərinin müavinləri səviyyəsində nüvə məsələlərinə və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi açıqlayıb.
Onun sözlərinə görə, İranın müxtəlif tərəflərlə məsləhətləşmələri çərçivəsində planlaşdırılan danışıqlarda regional və beynəlxalq hadisələr, BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq da müzakirə olunacaq.
Görüşlə bağlı məlumatı brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq təsdiqləyib. Onun sözlərinə görə, Rusiyanı iclasda xarici işlər nazirinin müavini Sergey Ryabkov, Tehranı isə xarici işlər nazirinin müavini Kazem Qaribabadi təmsil edəcək.
Ağarza Elçinoğlu